Biz Neutron MMC olaraq – radiasiya təhlükəsizliyini təmin etmək məqsədilə aşağıda qeyd olunan vakansiyalar üzrə mütəxəssis axtarırıq.
Vəzifə Öhdəlikləri:
- Radiasiya təhlükəsizliyini təmin etmək üçün qoruyucu qatların hesablanması və tətbiqi.
- Qoruyucu qatların effektivliyinin qiymətləndirilməsi və sınanması.
- Radiasiyadan qorunma standartlarının və prosedurlarının hazırlanması və tətbiqi.
- Radiasiya sahəsində tədqiqatlar aparılması və yeni inkişaf etmiş texnologiyaların təqib edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Fizika, radiologiya və ya buna bənzər sahədə bakalavr və ali təhsil.
- Radiasiya təhlükəsizliyi və qoruyucu qatlar sahəsində minimum 2 il təcrübə.
- Problemlərin həlli və kommunikasiya bacarıqları.
Əlavə tələblər:
- Yaş həddi: 25-60
- İş qrafiki: 10:00 - 18:00
- İş yeri: Neutron MMC
- İş növü: Tam iş vaxtı
- Əmək haqqı razılaşma yolu ilə (namizədin bilik və təcrübəsindən asılı olaraq)
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “ Vakansiyanın adını ” qeyd edərək CV-lərini hr@neutron.az ünvanına göndərmələri xahiş olunur