Cədvəl 1. Keyfiyyət əmsallarının orta qiymətləri
| Şüalanmanın növü və enerji diapazonu |
k |
| İstənilən enerjili fotonlar |
1 |
| İstənilən enerjili elektron və myuonlar |
1 |
| Enerjisi 10keV-dən az olan neytronlar |
5 |
| 10keV-dən 100keV-ə qədər |
10 |
| 100keV-dən 2 MeV-ə qədər |
20 |
| 2MeV-dən 20MeV-ə qədər |
10 |
| 20MeV-dən çox |
5 |
| 2MeV-dən yuxarı enerjiyə malik olan protonlar(təpmə protonlarından başqa) |
5 |
| Alfa-hissəciklər, bölünmə qəlpələri, ağır nüvələr |
20 |
Ekvivalent dozanın ölçü vahidi Zivertdir (Zv).
| Orqan və ya toxuma |
wT |
Orqan və ya toxuma |
wT |
| Cinsiyyət vəziləri |
0,20 |
Qara ciyər |
0,05 |
| Mədə |
0,12 |
Qida borusu |
0,05 |
| Sümük iliyi (qırmızı) |
0,12 |
Qalxanabənzər vəzi |
0,05 |
| Ağ ciyər |
0,12 |
Sümük səthlərinin hüceyrələri |
0,01 |
| Yoğun bağırsaq |
0,12 |
Dəri |
0,01 |
| Süd vəziləri |
0,05 |
Qalanlar |
0,05 |
| Sidik kisəsi |
0,05 |
Cəmi: |
1 |
İnsan orqanizminin orqan və toxumaları müxtəlif radiohəssaslığa malikdir. Belə ki, eyni növ şüalanmadan müxtəlif orqan və toxumalara verilmiş eyni miqdarda doza bu toxumaların xüsusiyyətindən asılı olaraq fərqli bioloji effekt yarada bilər. Bunu nəzərə almaq üçün
effektiv doza anlayışı daxil edilir ki, bu da orqan və ya toxumalar üçün uyğun
çəki əmsallarını (Cədvəl 2) orqan və ya toxumanın qəbul etdiyi ekvivalent dozanın qiymətinə vurub (hasil), bütün orqan və toxumalar üzrə cəmləməklə müəyyən edilir. Çəki əmsalları empirik olaraq tapılır, bu şərtlə ki, bütün orqanizm üçün onların cəmi 1-i aşmasın.
Cədvəl 2. Orqan və toxumaralar üçün çəki əmsallarının qiymətləri
Çəki əmsalları adsız kəmiyyət olduğundan effektiv ekvivalent doza ekvivalent doza kimi Zivertlə ölçülür.
Effektiv ekvivalent doza, ekvivalent dozadan fərqli olaraq, ayrı-ayrı orqan və toxumalarda deyil, bütün orqanizmdə radioloji effektin əmələ gəlmə ehtimalını xarakterizə edir.
Radiasiya fonu, ekspozisiya dozası
Radiasiya fonu – kosmik və Yer mənşəli təbii mənbələr, həmçinin insanların fəaliyyəti nəticəsində biosferə səpələnmiş süni radionuklidlərin yaratdığı ionlaşdırıcı şüalanma hesabına yaranan doza gücüdür.
Radiasiya fonunun səviyyəsi nisbətən sabit qalır və bütün Yer kürəsi canlılarına təsir göstərir.
Radiasiya fonu aşağıdakı tərkib hissələrinə malikdir:
- a)təbii radiasiya fonu– bu fon kosmik və Yer mənşəli təbii mənbələrin törətdiyi ionlaşdırıcı şüalanmadır;
- b)texnoloji yolla dəyişdirilmiş təbii radiasiya fonu– bu fon insanların təsərrüfat fəaliyyəti nəticəsində müəyyən dəyişikliyə məruz qalmış təbii mənbələrin yaratdığı ionlaşdırıcı şüalanmadır;
- c)süni radiasiya fonu– nüvə silahlarının sınağı, nüvə energetikası tullantıları və radiasiya qəzaları hesabına yaranır.
Ekspozisiya dozası – şüalanmanın havada yaratdığı ionlaşmaya əsasən qiymətləndirilir, vahidi Kulon/kiloqram (Kl/kq) və ya Rentgen (R) qəbul edilmişdir. 1 Rentgen – rentgen və ya qamma şüalanmanın havada normal şəraitdə 2,08×10
9 cüt ion əmələ gətirdiyi dozadır.
Ekspozisiya dozasının gücünün vahidi Rentgen/saatdır.
Azərbaycan Respublikası ərazisində xarici şüalanma hesabına təbii fon 20mkR/saata qədər olur.
Radiasiyadan qorunma üzrə normativ sənədlərə əsasən əhalinin təbii radiasiya fonundan artıq şüalanmaya məruz qalması üçün aşağıda qeyd olunan doza hədləri müəyyən olunur.
Normal şəraitlərdə əhali üçün doza hədləri
- a) illik effektiv doza üçün – ildə 1 mZv;
- b) göz bülluruna illik ekvivalent doza üçün – ildə 15 mZv; və
- c) dəriyə illik ekvivalent doza üçün – ildə 50 mZv.
Xüsusi hallarda əhalinin şüalanmaya məruz qalması üçün doza hədləri
Xüsusi hallarda əhalinin müvafiq kritik qruplarının aldıqları illik dozalar ayrıca il ərzində 5 mZv-i aşmamalıdır, bu şərtlə ki, ardıcıl 5 il ərzində alınan ortaillik doza 1 mZv-dən artıq olmasın.
Əhalinin radiasiya təhlükəsizliyini tənzimləyən sənədlər.
“Əhalinin radiasiya təhlükəsizliyi haqqında” 30 dekabr 1997-ci il tarixli 423-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu
“Sanitariya-epidemioloji salamatlıq haqqında” 10 noyabr 1992-ci il tarixli 371 nömrəli Azərbaycan Respublikasının Qanunu
Radiasiya təhlükəsi simvolu
Üzərində radiasiya təhlükəsi nişanı olan hər hansı naməlum əşya tapılan zaman dərhal Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumat vermək lazımdır.