“Neutron” MMC 17.01.2023-cü il tarixində təsis edilmişdir. Şirkət yarandığı gündən Azərbaycanda radiasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində müxtəlif inşaat işləri, ionlaşdırıcı şüalanma sahəsində məsləhətlər və digər növ xidmətlər göstərir. 13 fevral 2023-cü il tarixindən Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi yanında Nüvə və Radioloji Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 00970 və 00971 №-li xüsusi icazə əsasında fəaliyyət göstərməkdədir.
“Neutron” MMC
BİZ, Radiasiya təhlükəsizliyi haqqında əks olunan mürəkkəb məsələləri həll etməkdə təcrübəli olan mütəxəssislərimizlə Sizlərə yüksək səviyyədə keyfiyyətli xidmət göstərməyə hazırıq.
Siyasətimiz
“Neutron” MMC-də İSO 9001:2015, İSO 14001:2015, İSO 9978:2020 standartlarının tələblərinin əsasında İnteqrəedilmiş Sistemi (İMS) tətbiq edilmişdir.
İMS üzrə siyasət “Neutron” MMC-nin məqsədlərinə, kontekstinə uyğundur və müəssisənin strateji istiqamətini dəstəkləyir.
İMS üzrə Siyasətin əhatə dairəsinə “Neutron” MMC-nin aşağıdakı fəaliyyətləri daxildir:
İonlaşdırıcı şüalanma mənbələri hesab edilən qurğuların və radioaktiv maddələrin saxlanma anbarlarının layihələndirilməsi, Radioloji monitorinqlərin (müayinələrin) aparılması və uyğun sənədlərin verilməsi, Radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təmir işləri, Radiasiya təhlükəsizliyinin təmin olunması üzrə təlimlərin həyata keçirilməsi, İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarının həyata keçirilməsinə icazə verilən Xüsusi icazənin alınması üçün məsləhət xidmətləri
Agentliyin maraqlı tərəflərə dair öhdəlikləri aşağıdakı kimidir:
1. Xidmətlərin istifadəçiləri/Klinikalar və sənaye müəssisələri:
a) İonlaşdırıcı şüalanma mənbələri hesab edilən qurğuların və radioaktiv maddələrin saxlanma anbarlarının layihələndirilməsi, Radioloji monitorinqlərin (müayinələrin) aparılması və uyğun sənədlərin verilməsi, Radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təmir işləri, Radiasiya təhlükəsizliyinin təmin olunması üzrə təlimlərin həyata keçirilməsi, İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarının həyata keçirilməsinə icazə verilən Xüsusi icazənin alınması üçün məsləhət xidmətlərinin yüksək səviyyədə təmin edilməsi
2. Üst qurumlar:
a. Müəsissənin reputasiyasının qorunması,dzgün operativ idaəetmənin təmini və rentabelli müəssisə.
3. İşçilər:
a. Müəssisədə tətbiq olunmuş İnteqrəedilmiş Menecment Sisteminin davamlı təkmilləşdirilməsi
b. İş şəraitində yerli və beynəlxalq standartların normaların və sistemlərinin tələblərinin təmin edilməsi
c. Müəssisənin fəaliyyətinə mənfi təsir edən risklərin azaldılması
d. İşçilərin İnteqrəedilmiş Menecment Sisteminin təkmilləşdirilməsinə və məsləhətləşmələrə cəlb olunmasının təmin edilməsi
4. Müvafiq icra hakimiyyəti orqanları:
a. Müəssisənin fəaliyyətinə şamil olunan qanunvericilik və digər tələblərin yerinə yetirilməsi
b. Lisenziyalı (Xüsusi icazəli) fəaliyyət növü üzrə düzgün məlumatların əldə edilməsi
c. Keyfiyyətli xidmət
d. Əhalinin radiasiya təhlükəsizliyi haqqında qanunun tələblərinin yerinə yetirilməsi
1. Cəmiyyət:
a. Əhalinin radiasiya təhlükəsizliyi haqqında qanunun tələblərinin yerinə yetirilməsi fəaliyyətlərinin təkmilləşdirilməsinə töhfənin verilməsi.
İMS üzrə siyasətin əsas prinsipləri aşağıdakılardır:
1. Fəaliyyətimizin idarəetmə texnologiyalarının daimi təkmilləşməsi üçün aparıcı vasitələrdən olan İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi, İSO 14001:2015 Ətraf mühitin idarəolunması sistemi və İSO 9978:2020 Radiasiya təhlükəsizliyi.Qapalı mənbələr və sızıntıların sınaq metodları üzrə beynəlxalq standartlarının tələblərinə uyğunlaşdırılması və davamlı olaraq təkmilləşdirilməsi;
2. Fəaliyyətimizlə bağlı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə riayyət edilməsi;
3. Müəssisənin fəaliyyətinə təsir edə biləcək əhəmiyyətli maraqlı tərəflərin,həmçinin daxili və xarici faktorların müəyyən edilmləsi;
4. Xidmətlərin həyata keçirilməsi fəaliyyətlərinin keyfiyyətinə təsir göstərə biləcək risk və ehtimalların müəyyən edilməsi və nəzarət altına götürülməsi;
5. Hazırki siyasətin müəssisənin strateji və operativ hədəflərinə uyğunluğunun təmin edilməsi;
6. Xidmətlərimizin istifadəçilərinə göstərilən xidmətin keyfiyyətinin yüksək səviyyədə saxlanılması və fasiləsiz olaraq təkmilləşdirilməsi;
7. Bütün aidiyyəti dövlət strukturları ilə səmərəli işbirliyi nəticəsində əldə edilmiş zəngin təcrübənin sifarişçi məmnunluğuna yönəldilməsi və onların məmnunluğunun səviyyəsinin daim yüksək səviyyədə saxlanılması;
8. Əməkdaşlarımızın bilik,bacarıq və təcrübə səviyyəsinin daima artırılması və s.
9. İonlaşdırıcı şüalanma mənbələri hesab edilən qurğuların və radioaktiv maddələrin saxlanma anbarlarının layihələndirilməsi, Radioloji monitorinqlərin (müayinələrin) aparılması və uyğun sənədlərin verilməsi, Radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təmir işləri, Radiasiya təhlükəsizliyinin təmin olunması üzrə təlimlərin həyata keçirilməsi, İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarının həyata keçirilməsinə icazə verilən Xüsusi icazənin alınması üçün məsləhət xidmətləri proseslərinə təsir göstərə biləcək keyfiyyət və ətraf mühitin mühafizəsi və radiasiya təhlükəsizliyi sahəsində risklərinin və ehtimalların müəyyən edilməsi və nəzarət altına götürülməsini təmin etmək;
10. Bütün əhəmiyyətli maraqlı tərəflərin və sifarişçilərin tələblərinin və gözləntilərinin ən yüksək səviyyədə yerinə yetirilməsinin təmin edilməsi;
“Neutron” MMC-nin ali rəhbərliyi İnteqrəedilmiş Menecment Sistemi üzrə siyasətin işçi heyətinin diqqətinə çatdırılması, bütün əməkdaşlar tərəfindən onun tələblərinə əməl edilməsini, təkmilləşdirilməsini və əhəmiyyətli maraqlar üçün əlçatan olmasını təmin edir, eyni zamanda bu siyasətin səmərəliliyini davamlı olaraq nəzarət altında saxlayır.
Missiyamız
Şirkətimizin əsas missiyası xidmət göstərdiyimiz sahələr (ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələndirilməsi və hazırlanması, ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin layihələndirilməsi, hazırlanması, yerləşdirilməsi və inşası, radioloji gigiyenik pasportun əldə edilməsi üçün sənəd yıgımı, radioloji monitorinqlərin aparılması və uygun sənədlərin verilməsi, radiasiya təhlükəsizliyinə cavabdeh şəxslərin və ionlaşdırıcı şüalarla bilavasitə işləyən işçilərin təlimləndirilməsi) üzrə müştərilərimizə daha peşəkarcasına xidmət göstərməkdir.
Vizyonumuz
“Neutron” MMC olaraq başlıca vizyonumuz xidmət göstərdiyimiz sahələr üzrə yerli və regional səviyyədə aparıcı şirkət olmaqdır. Şirkətimiz partnyorları ilə münasibətlərdə aşağıdakılara zəmanət verir:
- Etibarlılıq.
- Professional məsləhət və xidmətlər.
- Vaxt itkisinə məruz qalmadan problemlərin həlli.
- Minimum xərclər.
- Fəaliyyətinizi inkişafa aparan nəticələr